Avropa çempionatının elit-raundunda çıxış edən 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması bu gün ikinci oyununu keçirəcək.
Sportarena.az xəbər verir ki, 1-ci qrupda yer alan millimiz İrlandiya yığması ilə qarşılaşacaq. Matç Dublin şəhərindəki Tallaght Stadionunda keçiriləcək.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 22.30-da başlayacaq.