Fransa millisinin keçmiş oyunçusu Silven Viltord futbola qayıdır.
Sportarena.az xəbər verir ki, o , 2012-ci ildə karyerasını bitirmişdi. Karyerası ərzində Viltord "Renn", "Bordo", "Marsel", "Mets", "Lion", "Nant", "Arsenal" və "Deportivo"nun şərəfini qoruyub.
41 yaşlı forvard Fransa millisinin heyətində Avropa çempionu olub və 2 dəfə Konfederasiyalar kubokunun qalibi olub.