Göygöl rayonunda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Kikboksinq Federasiyasının,Göygöl Rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı döyüş ruhunu yüksəltmək və gənclər arasında vətənpərvərlik ruhunu qaldırmaq məqsədilə kikboksinq üzrə peşəkarlar arasında reytinq və kəmər müdafiə döyüşləri keçiriləcək.
Sportarena.az xəbər verir ki, bu barədə məlumat verən AFK prezidenti, millət vəkili Adil Əliyev son günlər cəbhə bölgəsində baş verən hadisələr və ordumuzun uğurlu əməliyyatları ilə əlaqədar vətənpərvərlik mövzusunda tədbirlərin keçirilməsinin vacibliyinə toxunub: “Biz də hesab edirik ki, bu tədbir bölgələrdə gənclər arasında vətənpərvərlik ruhunu qalxmasına və eyni zamanda sağlam ruhlu gənclərin idmana olan marağını səbəb olacaq. Həmçinin,qarşıda gözlənilən beynəlxalq yarışlarda iştirak edəcək peşəkarlar arası yığma komandanın tərkibi komplektləşdirməkdir.”
Xatırladaq ki, aprelin 9-da keçiriləcək yarışda 9 döyüş olacaq.(qafqazinfo)