"Azərbaycana böyük hesabla uduzmaqla özümüzü çox çətin vəziyyətə saldıq"

17:52 7 Aprel 2016

Futzal üzrə Hollandiya yığmasının baş məşqçisi Marsel Lusveld dünya çempionatına vəsiqə uğrunda Azərbaycana qarşı keçirəcəkləri cavab pley-off matçı öncəsi fikirlərini bildirib. O, ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:

"Biz Azərbaycana Almeredə böyük hesabla uduzmaqla özümüzü çox çətin vəziyyətə saldıq. Bu da Bakıdakı cavab matçında bizə mənfi təsir göstərəcək. Amma bununla belə, mənim heyəti dəyişməklə bağlı planım yoxdur. 

Sadəcə, bu uşaqların daha yaxşı oynaya biləcəyini düşünürəm. Biz bunu seçmə mərhələdə, eyni zamanda Portuqaliya ilə yoxlama oyunlarında göstərmişik. Əlbəttə, Azərbaycan yığmasının çətin rəqib olduğunu bilirdik. Amma hər şeyi düzgün etdiyin halda belə acı məğlubiyyətlə üzləşmək ağırdı. Bakıdakı görüşdə vəziyyəti düzəltməyə çalışacağıq".

Hollandiyada rəqibinə 5:1 hesabı ilə qalib gələn millimiz aprelin 12-də "narıncılar"la yenidən üz-üzə gələcək. 


Digər xəbərlər

Xəbər xətti