Dieqo Kosta mövsüm sonunda "Çelsi"dən ayrıla bilər.
Sportarena.az "The Telegraph" nəşrinə istinadən xəbər verir ki, futbolçu "Atletiko"ya geri dönə bilər. Lakin bu keçid real görünmür. Belə ki, adı açıqlanmayan Çin klubu futbolçu üçün "Çelsi"yə 90 milyon avro təklif edir. Kostanın bu təklifi qəbul edəcəyi təqdirdə "Çelsi"dən aldığı məvacibin 2 qatını əldə edəcək.
Qeyd edək ki, cari mövsüm "Çelsi"nin heyətində 24 matça çıxan hücumçu 11 qol vurub və 6 asist edib.