Françesko Toldo: "Bakı 13 ildə çox inkişaf edib"

23:08 8 Aprel 2016

“Bakıda ilk dəfə 2002-ci ildə olmuşam. Geridə qalan müddətdə burada inanılmaz dərəcədə çox dəyişikliklər gördüm. Azərbaycan paytaxtı 13 ildə çox inkişaf edib”. 

Bu sözləri İtaliya millisinin sabiq qapıçısı Françesko Toldo deyib.

17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Bakıda baş tutacaq Avropa çempionatının püşkatmasında iştirak etmək üçün ölkəmizə gələn veteran qapıçı Azərbaycan futbolunun inkişafda olduğunu qeyd edib:

“Azərbaycan futbolu inkişaf edib. Bu turnirdə böyük gələcək vəd edən kifayət qədər futbolçu çıxış edəcək”


Digər xəbərlər

Xəbər xətti