"Milan" icarəyə götürdüyü Mario Balotelli ilə bağlı yekun qərarını verib.
Klubun vitse-prezidenti Adriano Qalliani italiyalı hücumçunu komandada saxlayacaqlarını deyib. O, müqavilə ilə "Liverpul"a məxsus olan 25 yaşlı oyunçunun birdəfəlik almağa çalışacaqlarını bildirib:
"Mario "Milan"da qalmaq istəyir. O, bu klubda oynamağa layiqdir. Marionun son zamanlardakı hərəkətləri xoşumuza gəlir".