Son günlərdə cəbhədə baş verən hadisələrə görə Türkiyənin ən köklü klublarından olan "Fənərbaxça" da Azərbaycana dəstək verdiyini bildirib.
Bu barədə klubun rəsmi "Facebook" səhifəsində paylaşım edilib. Belə ki, ermənilərin işğal etdiyi Azərbaycan torpaqlarından çıxması üçün başladılan kampaniyanı "Fənərbaxça" camiəsi də dəstəkləyir.
"Qardaşımız Azərbaycanı dəstəkləmək üçün başladılan kampaniyaya biz də imzamızı atırıq" deyə, paylaşımda qeyd olunub.