PSJ-nin hücumçusu Zlatan İbrahimoviç klubla yeni müqavilə imzalaya bilər.
Sportarena.az xəbər verir ki, yayda Fransa klubunu tərk edəcəyini açıqlayan isveçli hücumçu, fikirindən daşınıb.
Məlumata görə, İbra daha bir il PSJ ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, İbrahimoviç "Mançester Yunayted", "Çelsi" və bir neçə digər klubların maraq dairəsindədi.