Türkiyə klubunun 17 yaşlı futbolçusu dünyasını dəyişdi - FOTO

14:52 9 Aprel 2016

Türkiyə çempionatında "Antalyaspor"un U-19 komandasında futbol oynayan 17 yaşlı Məsut Sarıkaya dünyasını dəyişib. 


Sportarena.az xəbər verir ki, "Antalyaspor" klubunun futbolçusu dostları ilə birlikdə şəkil çəkdirmək üçün yüksəkliyə çıxıb. O, tarazlığını itirərək 40 metrlik yüksəklikdən yerə yıxılıb. Onun dostları dərhal polisə və tibb işçilərinə xəbər edib. Lakin gənc yerindəcə keçinib.


Digər xəbərlər

Xəbər xətti