Taekvondoçumuz qızıl medal qazandı

18:35 9 Aprel 2016

Taekvondo üzrə böyüklərdən ibarət yığma komandamız 07-10 aprel 2016-cı il tarixlərində Almaniyanın Bonn şəhərində keçirilən "DTF Prezidentinin Kuboku" G-2 kateqoriyalı yarışda iştirak edir. 

 

Sportarena.az xəbər verir ki, yarışın ikinci günü, aprel ayının 8-i də komandamız üçün uğurlu alını. 


Belə ki, ölkəmizi -80 kq çəki dərəcəsində təmsil edən, Avropa Oyunlarının və Dünya Kubokunun qalibi Milad Beigi Hərçəqani, bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ilk pilləsinə qalxıb. Çempionluq yolunda o, əvvəlcə ilkin mərhələlərdə, rusiyalı rəqibi Dmitri Zakrepini (12:0), xorvatiyalı Luka Horvatı (11:6) və polyak Pyotr Pazinskini (6:3) məğlub edərək yarımfinala vəsiqəni təmin edib. Daha sonra isə adlı sanlı rəqibi Moldova təmsilçisi Aaron Cook-u (13:2) məğlub edərək finala yüksəlib. Finalda isə Türkiyə yığma komandasının üzvü Yunus Sarını məğlub edərək reytinq aktivinə 20 xalı və yığma komandamız üçün Avropa Çempionatına bu çəki dərəcəsində əlavə bir lisenziyanı qazandırıb.


Digər xəbərlər

Xəbər xətti