Mövsüm sonunda "Mançester Yunayted"in futbolçu və məşqçilər heyətinin maaşları azaldıla bilər.
Sportarena.az "Times" nəşrinə istinadən xəbər verir ki, klub mövsüm sonunda İngiltərə klubu Çempionlar Liqasına vəsiqə qazana bilməyəcəyi təqdirdə, komanda 14 milyon funt-sterlinq ziyan etmiş olacaq. Belə olan halda, komandanın büdcəsi azalacaq, futbolçu və məşqçi heyətinin maaşı endiriləcək.
Bu hal baş verərsə, hər futbolçunun illik məvacibindən 500 min funt-sterlinq çıxılacaq.
Qeyd edək ki, "Mançester Yunayted" hal-hazırda 5-ci pillədə qərarlaşıb.