Yeni mövsümdən "Yuventus"un heyətində yeni sima olacaq.
Sportarena.az "Football İtalia" nəşrinə istinadən xəbər verir ki, "qoca sinyora" "Sassulo"nun yarımmüdafiəçisi Domeniko Berardi ilə razılıq əldə edib. "Yuventus" futbolçu üçün "Sassulo"ya 25 milyon avro ödəyəcək. İlkin məlumata görə, Turin klubu artıq bu məbləğin 10 milyon avrosunu ödəyib.
Qeyd edək ki, cari mövsüm "Sassulo"nun heyətində 24 matça çıxan 21 yaşlı futbolçu 6 qol vurub və 4 asisst edib.