Zlatan İbrahimoviç PSJ ilə müqaviləsinin müddətini uzatmağa yaxındı.
Sportarena.az xəbər verir ki, 34 yaşlı isveçli forvard daha bir il Paris klubunda keçirərək 12 milyon avro məvacib alacaq.
Gözlənilir ki, İbrahimoviç 2017-ci ilin yayında PSJ-nin ən böyük səhmdarlarından biri olan Məhəmməd Ben Əl Taninin Qətərdəki komandasına yollanacaq və 50 milyon avro məvacib qarşılığında orada oynayacaq.
Bundan əlavə, Zlatan 2022-ci il dünya çempionatının promouteri də ola bilər.
PSJ ilə müqaviləsinin müddəti bu yay bitəcək İbrahimoviç bu mövsüm Liqa 1-də 26 oyuna 30 qol vurub, 12 məhsuldar ötürmə ilə yadda qalıb.