"Lester" İngiltərə Premyer Liqasının XXXIII turunda "Sanderlend"ə 2:0 hesabı ilə qalib gələrək Çempionlar Liqasının təsnifat mərhələsinə vəsiqəni təmin edib.
Sportarena.az xəbər verir ki, hesabında 72 xalı olan Klaudio Ranyerinin komandası, "Tottenhem"ə 0:3 məğlub olan, 53 xallı "Mançester Yunayted" üçün artıq əlçatmazdır.
Belə ki, ən pis halda 4-cü olacaq "Lester", tarixində ilk dəfə Çempionlar Liqasının təsnifat mərhələsində çıxış etmək hüququ əldə edib.