İtaliyanın Linyano şəhərində Beynəlxalq Cüdo Federasiyasının hakimlər üçün seminarı keçirilib.
Sportarena.az xəbər verir ki, seminarda ədalət təmsilçiləri beynəlxalq dərəcəli hakim adı almaq üçün imtahan veriblər.
Ölkəmizi İtaliyada Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komətisinin sədri, beynəlxalq dərəcəli hakim Fariz Hüseynov, hakimlərimiz Mətin Rəhimli və Arzu Acalova təmsil ediblər. Hakimlərimiz öncə nəzəri imtahan veriblər, sonra isə Linyanoda keçirilən gənclərin Avropa kubokunun görüşlərini idarə ediblər. Sevindirici haldır ki, Azərbaycanın ədalət təmsilçiləri Arzu Acalova və Mətin Rəhimli beynəlxaq dərəcəli hakim adına layiq görülüblər.