Bu gün 19 yaşadək qızlardan ibarət milli komandamız Avropa çempionatının elit-raund mərhələsində sonuncu oyununu keçirib.
Sportarena.az xəbər verir ki, milli komandamız bu gün Almaniya millisi ilə qarşılaşıb.
Matçda hesabı yığmamız açsa da, sonradan buna peşman olub.
Belə ki, matçın 28-ci dəqiqəsində millimizin futbolçusu Aysun Əliyeva hesabı açıb. Lakin bu qoldan sonra, ardıcıl 5 dəfə qapımıza yol tapan Almaniya millisi yığmamızı hesabı açdıqlarına peşman edib.
10 aprel
17:00. Azərbaycan - Almaniya - 1:5