Azərbaycan - Hollandiya matçının biletləri satışa çıxarılır

22:09 11 Aprel 2016

Futzal üzrə dünya çempionatının play-off mərhələsinin cavab oyunları çərçivəsində sabah keçiriləcək Azərbaycan – Hollandiya qarşılaşmasının biletləri oyun günü satışa çıxarılacaq. 

Sportarena.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, biletləri saat 10:00-dan etibarən sarayın kassalarından əldə etmək mümkündür.

Biletin qiyməti 1 manatdır.

Qeyd edək ki, Bakı İdman Sarayında keçiriləcək Azərbaycan - Hollandiya oyunu saat 20:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti