Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək.
Sportarena.az xəbər verir ki, ilk oyun günü 2 qarşılaşma baş tutacaq.
Almaniyadan sürpriz nəticə ilə ayrılan "Real", bu gün doğma meydanda "Volfsburq" səddini aşmağa çalışacaq. İlk oyun öz meydanında 2:0 hesabı ilə qələbə qazanan Almaniya klubu isə maksimum nəticə göstərib, mərhələ adlamağa niyyətlidir.
Günün daha bir oyunu isə İngiltərədə reallaşacaq. Burada "Mançester Siti" Fransa nəhəngi PSJ-ni qəbul edəcək. Tarixində ilk dəfə Çempionlar Liqasının 1/4 final mərhələsinə yüksələn "şəhərlilər" bu uğurlu nəticənin davamını gətirməyə iddialıdır. İlk oyun Fransadan əlverişli hesabla ayrılan "Mançester Siti"ni bu gün çətin sınaq gözləyir.
Qeyd edək ki, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
12 aprel
Çempionlar Liqası, 1/4 finalın cavab oyunları
22:45. "Mançester Siti" (İngiltərə) - PSJ (Fransa) 1:0
Qol: Brayn 76
İlk oyun - 2:2
22:45. "Real" (Madrid, İspaniya) - "Volfsburq" (Almaniya) 3:0
Qollar: Ronaldo 16,17, 77
İlk oyun - 0:2