Joze Mourinyonun "Mançester Yunayted"in baş məşqçi postuna gələcəyi dəqiqləşib.
Sportarena.az ESPN-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis uzun müddətdir ki, "Mançester Yunayted" rəhbərliyi ilə danışıqlar aparıb. O, hətda yeni mövsümdən komandaya cəlb olunacaq bir neçə futbolçu barəsində də rəhbərlik ilə danışıb.
Məlumata görə, Mourinyonun agenti Corc Mendeş, "Mançester Yunayted"in vitse-prezidenti Ed Vudvordla bu məsələ barəsində bir neçə dəfə görüşüb.