AFFA-dan "Şəmkir"ə cəza yağmuru

13:31 12 Aprel 2016

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.


Sportarena.az xəbər verir ki, iclasda I Divizion klubları da cəzalanıb.

 

I Divizionun XXI turunun “Zaqatala” – “Şərurspor” matçının 45+2-ci dəqiqəsində “Şərurspor” klubunun 94 №-li futbolçusu Babək Allahverdiyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klub 400 manat cərimə olunub.

 

I Divizionun XXI turunun “Ağsu” – “Bakılı”  matçının 76-cı dəqiqəsində “Ağsu” klubunun baş məşqçisi Rüfət Quliyev texniki zona qaydalarını pozduğuna görə 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub.

 

I Divizionun XXI turunun “Şəmkir” – “Neftçala” matçında “Şəmkir” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

 

Oyunun 74-cü dəqiqəsində “Şəmkir” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 200 manat cərimə olunub.

 

Oyun başa çatdıqdan sonra “Şəmkir” klubunun 20 №-li futbolçusu Müşfiq Teymurov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klub 400 manat cərimələnib.

 

Oyun başa çatdıqdan sonra “Şəmkir” klubunun həkimi Bayram Bayramov hakimi təhqir etdiyinə görə 5 oyun cəzalanır, klub 500 manat cərimələnib.

 

“Şəmkir” klubunun baş məşqçisi Kamran Əlibabayevə İntizam Komitəsi tərəfindən 5 oyunluq texniki zonaya giriş qadağası qoyulmuşdu. Lakin  “Şəmkir” – “Neftçala” oyununun 68-ci dəqiqəsində “Şəmkir” klubunun cəzalı olan baş məşqiçisi Kamran Əlibabayev tribunadan meydançaya daxil olaraq hakimə qarşı öz etirazını bildirmişdir. Bu səbəbdən də baş məşqçiyə verilmiş cəzaya 1 oyun əlavə olunub. Bu hall yenidən təkrarlanacağı halda ona qarşı daha ciddi tədbir görüləcəkdir.


Digər xəbərlər

Xəbər xətti