Fernando Alonso Çin Qran Prisində iştirak edəcəyi gözlənilir.
Sportarena.az xəbər verir ki, Avstraliyada baş verən qəzada zədələnən Fernando Alonso Bəhreyn yarışına buraxılmamışdı. O, bu həftə yenidən həkimlərin müayinəsindən keçəcək. Əgər həkimlər onun yarışa çıxmasına icazə verməsələr, ardıcıl 2-ci yarışı da buraxmalı olacaq.
Alonsonun 9-cu qabırğasındakı çat hələ də tam düzəlməyib. Amma bütün bunlara baxmayaraq, Fernando Çin Qran Prisində ciddi şəkildə hazırlaşır.
Qeyd edək ki, onun Bəhreyndə yarışa çıxmamasının səbəbi qabırğasındakı çat yox, ağciyərlərində yaranmış problemdir.