Futzal üzrə Azərbaycan milli komandasının 36 yaşlı üzvü Rəcəb Fərəczadə son oyununa çıxıb.
Sportarena.az xəbər verir ki, o, millimizin heyətində son oyununu hal-hazırda davam edən dünya çempionatının "pley-off" mərhələsinin cavab matçında Hollandiya yığmasına qarşı keçirir.
Futzalçının son oyunu olduğundan, Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov və AFFA-nın baş katibi Elxan Məmmədov R.Fərəczadəyə xatirə hədiyyəsi təqdim ediblər.