Millimizin baş məşqçisi: "Dünya çempionatındakı şanslarımız haqda danışmaq tezdir"

00:10 13 Aprel 2016

Futzal üzrə dünya çempionatının play-off mərhələsində keçirilmiş Azərbaycan - Hollandiya oyunundan sonra millimizin baş məşqçisi Tino Perez bu fikirləri səsləndirib:
 “Dünya çempionatına vəsiqə qazanmağımız münasibətilə hər kəsi təbrik edirəm. Bu gün yaxşı oynamadıq. Nəticənin bu cür alınmasında Hollandiyada qazandığımız qələbənin də təsiri oldu. Həmin hesab uşaqlarda istər-istəməz arxayınlıq yaratmışdı. Buna baxmayaraq, qarşıya qoyulan məqsədə nail olduq. Dünya çempionatındakı şanslarımız haqda danışmaq tezdir. Bu, püşkdən də asılıdır. Qrupdan çıxa bilsək, bu bizim üçün uğur olacaq”.


Digər xəbərlər

Xəbər xətti