Elxan Məmmədov: "Mükafat mütləq olmalıdı"

01:16 13 Aprel 2016

“Oyun çox həyəcanlı alındı. Səfərdə 5:1 hesablı qələbə qazanmışdıq. Bugünkü oyuna da komanda ciddi yanaşmalıydı”.

Bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
 
Dünya çempionatına vəsiqə uğrunda pley-of cavab qarşılaşmasında öz meydanında Hollandiya ilə 4:4 hesablı bərabərliyə razılaşan futzal üzrə milli komandamız ilk oyunda əldə olunmuş 5:1 hesablı qələbə sayəsində mundiala getməyə haqq qazanıb.
 
Matçdan sonra baş katib uğuru belə şərh edib: “Komanda məsuliyyətini dərk edirdi. Futzalçıların üzərində təzyiq də var idi. Elə 4:4 hesabı da bu təzyiqin nəticəsi idi”.
 
Elxan Məmmədov Bakı Idman Sarayında millimizə dəstək olan azarkeşlərə minnətdarlıq edib: “Azarkeşlərə təşəkkür edirəm. Sona qədər komandaya dəstək oldular. Komandamıza inam vardı. Avropa çempionatrlarında yaxşı çıxış etsək də, bu günə qədər dünya çempionatına vəsiqə qazana bilməmişdik. Bu, ilk belə haldır”.
 
AFFA-nın baş katibi millimizin dünya çempionatına hazırlığından da söz açıb: “Tezliklə baş məşqçi ilə danışığımız olacaq, 4 aylıq plan tərtib ediləcək. Mundiala qədər ən azı 4 yoxlama oyunu keçirəcəyik”.
 
Məmmədov AFFA-nın milli üzvlərini mükafatlandıracağını da vurğulayıb: “Bununla bağlı AFFA-nın xüsusi qərarı olacaq. Bunu müzakirə etməliyik. Ondan sonra komanda mükafatlandırılacaq. Mükafat mütləq olmalıdı. Çünki yığmamız çox böyük nəticəyə imza atıb”.(apasport.az)


Digər xəbərlər

Xəbər xətti