Atletimiz Avropa çempionatında qızıl medal qazandı

12:36 13 Aprel 2016

Norveçin Fyorde şəhərində keçirilən ağır atletika üzrə Avropa çempionatında davam edir. 


Sportarena.az xəbər verir ki, yarışın üçüncü günü Azərbaycan millisi üçün uğurlu alınıb.
 


Komandamız aktivinə ilk qızıl medalı yazıb. Fyordedə Azərbaycan himninin Boyanka Kostova səsləndirib.
 


58 kq dərəcəsində körpücük üzərinə çıxan dünya çempionumuz birdən qaldırma hərəkətində ilk yanaşmasını yerinə yetirməklə qızıl medalı təmin edib. Belə ki, öncə 95 kq çəkinin öhdəsindən gələn Kostova ardınca hər cəhdində sifarişini 5 kq artırıb və bu hərəkəti 105 kq çəkini ram etməklə bitirib. Bununla da o, ən yaxın izləyicisini 15 kq qabaqlayıb.
 

Təkanla qaldırma hərəkətində də Boyanka aşkar favorit olduğunu sübut edib. Öz çəkisində Avropa və dünya rekordlarının sahibi olan ağırlıqqaldıranımız əvvəlcə 120 kq, ardınca 130 kq-ı başı üzərinə qaldırıb. 3-cü yanaşma heç bir əhəmiyyət kəsb etmədiyindən atletimiz ondan imtina edib.
 

Toplamda 235 kq (105 kq + 130 kq) nəticə göstərən Kostova üçüncü dəfə Avropa çempionu tituluna yiyələnib. İkinci yerdə qərarlaşan İrina-Lasramioara Lepsa (Rumıniya) idmançımızdan nə az, nə çox – 30 kq (88 kq + 117 kq) az qaldırıb. İlk “üçlüyü” qapayan Yoanna Loçovska (Polşa) isə cəmi 204 kq (90 kq + 114 kq) çəkinin öhdəsindən gəlib.
 

Qeyd edək ki, ondan öncə körpücük üzərinə çıxan Elmar Alıyev (56 kq) 7-ci, Mərziyyə Məhərrəmova (48 kq) ilə Allahyar Abışov (62 kq) 11-ci və Gülçin Əlizadə (53 kq) 20-ci pillədə qərarlaşmışdı. Yarış isə aprelin 17-də başa çatacaq.(apasport)


Digər xəbərlər

Xəbər xətti