Dünən Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunlarında PSJ "Mançester Siti"yə 1:0 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
Sportarena.az xəbər verir ki, PSJ-nin hücumçusu Zlatan İbrahimoviçin karyerası ərzində çıxış etdiyi komandalar üçün bu hal 8-ci dəfədir ki, baş verir. Belə ki, isveçli futbolçunun çıxış etdiyi komandalar 9 dəfədən yalnız birində növbəti mərhələyə - yarımfinala vəsiqə qazanıb.
Bu turnirdə belə bir hal məhz İbrahimoviçin olduğu komandalarda daha çox baş verib.
Qeyd edək ki, PSJ klubu artıq ardıcıl 4-cü dəfədir ki, 1/4 finalda mübarizəni tərk edir.