Cüdoçularımız Avropa çempionatında güclərini sınayacaq

01:29 14 Aprel 2016

Aprelin 21-də Rusiyanın Kazan şəhərində cüdo üzrə Avropa çempionatı start götürəcək.

 

Sportarena.az  xəbər verir ki, Azərbaycan yığma komandasını beynəlxalq yarışda təmsil edəcək heyət məlum olub. Baş məşqçi Peter Zayzenbaxer ümumilikdə 10 cüdoçuya şans verəcək.

 

Kişilərin yarışında Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Tərlan Kərimov (66 kq), Rüstəm Orucov (73 kq), Əbdülhaqq Rəsullu (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq), Uşanqi Kokauri (+100 kq) mübarizə aparacaq. Qadınlardan isə yalnız Ayşə Qurbanlı (48 kq) çıxış edəcək.

 

Qeyd edək ki, Avropa çempionatı aprelin 24-də başa çatacaq.


Digər xəbərlər

Xəbər xətti