Norveçdə uğursuz gün

11:06 14 Aprel 2016

Norveçin Fyorde şəhərində keçirilən ağır atletika üzrə Avropa çempionatı davam edir. 

 

Sportarena.az xəbər verir ki, Rioya lisenziya xarakterli yarışın 4-cü günündə Azərbaycan millisinin daha bir idmançısı körpücük üzərinə çıxıb.
 


63 kq çəki dərəcəsində gücünü yoxlayan Elnarə Abbasova uğursuzluqla üzləşib. Belə ki, birdən qaldırma hərəkətində 79 kq, təkanla qaldırma 102 kq-lıq çəkini ram edən atletimiz yekunda 15-ci yerdə qərarlaşıb. O, çempion olan rusiyalı Natalya Xlestkinadan (99 kq + 123 kq) 41 kq geri qalıb.
 


Qeyd edək ki, Avropa çempionatında hələlik bir qızıl medalımız var.  Yarış isə aprelin 17-də başa çatacaq.


Digər xəbərlər

Xəbər xətti