Xixonun "Sportinq" komandasının futbolçusu Luis Ernandes "Letser"ə keçməyə yaxındır.
İngiltərə təmsilçisi 26 yaşlı müdafiəçi uğrunda mübarizədən qalib ayrılıb. Futbolçu yayda azad agent statusu alacaq. Bu isə o deməkdir ki, "Lester" ona görə qarşı tərəfə pul ödəməyəcək.
Madrid "Real"ının keçmiş müdafiəçisi 2011-ci ildən "Sportinq"in şərəfini qoruyur. Bu mövsüm o , 30 oyunda meydana çıxıb.