F.Alonso yarışa şərti icazə alıb

18:06 14 Aprel 2016

Bu gün səhər Fernando Alonso yenə də Şanxay trasının tibb mərkəzində bir neçə saat keçirməli olub. Həkimlər Melburnda sürücünün yaşadığı qəzanın fəsadlarını öyrnmək üçün testlər keçiriblər – iki həftə əvvəl həkimlər ispaniyalı sürücünü Qran Priyə buraxmamışdılar və onu komandanın ehtiyat sürücüsü Stoffel Vandorn əvəz etmişdi.

Sportarena.az xəbər verir ki, həftənin əvvəlində sürücü vətəni İspaniyada müayinədən keçmişdi, amma rentgen şüalanmasını minimuma endirmək üçün tomoqrafik müayinə olunmamışdı. Ona görə də bu gün həkimlər onun sinəsini skanerə salıblar, daha sonra isə iki həftə ərzində baş verən dəyişikliklərin dinamikası öyrənilib.

Həkimlərin yekun qərarına əsasən sürücü yarışa buraxılıb. Amma Fernando sabah birinci sərbəst yürüşlərdən sonra təkrar müayinədən keçməlidir, yalnız bundan sonra onun tam çıxışına icazə veriləcək.


Digər xəbərlər

Xəbər xətti