İngiltərədə şok qərar

23:33 14 Aprel 2016

İngiltərə Premyer Liqasının 34-cü turunun “Stok Siti” – “Tottenhem” oyununun hakimi dəyişdirilib.

Ölkə futbol federasiyası hakim Kevin Frendin bu matça təyinatı ilə bağlı qərarı ləğv edib.

Buna səbəb kimi 44 yaşlı hakimin əslən Lester şəhərindən olmasıdır. Bildirilir ki, K.Frend tez-tez “Tottenhem”in çempionluq yolundakı əsas rəqibi, hazırda Premyer Liqanın lideri olan “Lester”in ev oyunlarını stadiondan izləyir.

Bu səbəbdən İngiltərədə K.Frendin “Tottenhem”in əleyhinə qərar verəcəklərindən ehtiyatlanırlar.

Qeyd edək ki, qərar ləğv edildikdən sonra Frend “Nyukasl” – “Mançester Siti” oyununa təyinat alıb. “Stok Siti” – “Tottenhem” matçını isə Nil Suorbrik idarə edəcək.


Digər xəbərlər

Xəbər xətti