"Reynaldo və Denis Silvadan dəstək almağımız xoş oldu"

00:53 15 Aprel 2016

Futzal üzrə Azərbaycan yığmasının üzvü Eduardo dünya çempionatına vəsiqə uğrunda Hollandiyaya qarşı keçirilmiş cavab pley-off matçından (4:4, ilk oyun 5:1) danışıb. 
"Oyun çox əsəbi alındı. Birinci oyunla müqayisədə hollandlar bu dəfə özlərini daha yaxşı tərəfdən göstərə bildilər. Güzəştə getmək istəmirdilər. Buna görə xeyli güc sərf etməli olduq. Başa düşürəm ki, azarkeşlər bizdən doğma meydanda daha parlaq oyun gözləyirdilər. Amma biz hollandların cavab matçında bizə daha ciddi müqavimət göstərəcəyini anlayırdıq. Azarkeşlərimiz bu görüşdə bizi çox yaxşı dəstəklədilər. Həmçinin tribunada yer alan Reynaldo ("Qarabağ") və Denis Silvadan ("İnter") dəstək almağımız da xoş idi".
 
 
Azerisport.az 


Digər xəbərlər

Xəbər xətti