Robert Prosineçki: "Həyat yoldaşım çox qorxurdu"

12:54 15 Aprel 2016

"Təəssüf ki, dünyanın bir çox yerində bu cür hallar baş verir. İnsanların ölməsi üzücüdür. Döyüşlərin Bakıdan uzaqda getməsinə baxmayaraq həyat yoldaşım çox qorxurdu. Çünki uşaqlarımız məktəbə gedirdilər".


Sportarena.az xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına açıqlamasında deyib.

 

Təcrübəli mütəxəssis millimizin DÇ-2018-in seçmə mərhələsi haqqında suallara da cavab verib: "Biz işlərə başlamışıq. Hələ Xorvatiya ilə oyunda istənilən rəqibə qarşı oynamağın mümkün olduğunu sübut etmişdik. İndi isə  Rusiyada keçiriləcək dünya çempionatına vəsiqə qazanmaq haqda düşünürük. Düzdür, bu, asan deyil. Güclü qrupa düşmüşük. Çexiya, Norveç, Şimali İrlandiya, Almaniya və San-Marino ilə mübarizə aparacağıq".


Digər xəbərlər

Xəbər xətti