Avroliqanın 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən matçların ən yaxşı 11 oyunçusu müəyyənləşib.
Sportarena.az xəbər verir ki, rəmzi komandada aşağıda adları qeyd olunan futbolçular yer alıb.
Qapıçı: Yaqo Herrerin ("Atletik" Bilbao)
Müdafiəçilər: Dario Srna, İvan Ordeç (hər ikisi "Şaxtyor" Donetsk), Timote Kolodzeyçak ("Sevilya")
Yarımmüdafiəçilər: Marko Roys ("Borussiya" Dortmund), Viktor Kovalenko ("Şaxtyor" Donetsk), Xames Milner, Filipp Koutinyo (hər ikisi "Liverpul"), Samuel Kastilyo ("Vilyareal")
Hücumçular: Kevin Qameyro ("Sevilya"), Sedrik Bakambu ("Vilyareal")