İquainin cəzası azaldıldı

23:47 15 Aprel 2016

İtaliya Futbol Federasiyasının Nizam İntizam Komitəsi Qonsalo İquainin 4 oyunluq cəzasını azaldıb. Futbolçu Udineze ilə (1:3) oyunda qırmızı vərəqə almışdı.
 
Bu gün neapollular 28 yaşlı futbolçunun cəzası üçün appelyasiya vermişdilər. Bunun nəticəsində forvardın cəzası 3 oyuna enib. Bu isə o deməkdir ki, Qonsalo 35-ci turda Roma ilə oyunda meydana çıxa biləcək.
 
Xatırladaq ki, İquain artıq Verona ilə oyunu buraxıb. Bundan sonra Bolonya və İnterlə qarşılaşmalarda meydana çıxmayacaq.
 
Bu mövsüm forvard 30 oyunda 31 qol vurub.


Digər xəbərlər

Xəbər xətti