"Roma"nın yarımmüdafiəçisi Raca Nainqqolan "Çelsi"yə keçməkdən imtina edib.
"La Repubblica"nın verdiyi məlumata görə, Belçika millisinin üzvü bunu London təmsilçisinin Çempionlar Liqasında oynamayacağı ilə izah edib.
"Roma" hazırda 32 turdan sonra A seriyasında 3-cü pillədədi. Komanda qitənin ən nüfuzlu klub turnirində oynamaq şanslarını saxlayır.
Bir müddət əvvəl verilən məlumata görə, "Çelsi" 27 yaşlı futbolçuya görə 35 milyon avrosundan keçməyə hazırdı, halbuki "Roma" 45 milyon tələb edir.
Nainqqolan bu mövsüm Seriya A-da 29 oyun keçirib, 3 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.