Rostislav Pevstov dünya kubokunun gümüş medalını qazandı

14:58 16 Aprel 2016

Azərbaycanın Triatlon üzrə yığmasının üzvü Rostislav Pevstov Çenqduda (Çin) keçirilən Dünya Kubokunun gümüş medalını qazanıb.

 

Sportarena.az xəbər verir ki, 1500 metrlik su məsafsini idmançı 20:35 vaxt çərçivəsində başa vurub. 


Ardınca isə 40 km velodistansiyanı 56:26 nəticəsilə qət edib. Nəhayət, yarışların son mərhələsi - 10 kilometrlik qaçış zolağını R.Pevtsov 30:56 nəticəsilə başa vurub. Ümumi hesablamada R.Pevtsov 01:49:29 vaxt göstəricisilə ikinci yerə layiq görülüb.


Xatırladaq ki, bu idmançının ilk belə uğuru deyil – bu ayda o Yeni Zelandiyada keçirilmiş Dünya Kubokunda 3-cü olub.


Digər xəbərlər

Xəbər xətti