"Bavariya"nın baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkatmasına münasibət bildirib.
AS nəşrinin verdiyi xəbərə görə, Madrid "Atletiko"su ilə üz-üzə gələcək Münhen klubunun çalışdırıcısı bunları söyləyib:
"Mən ispan futbolunu yaxından izləyirəm və "Atletiko"nun nəyə qadir olduğunu bilirəm. Dieqo Simeone artıq 5 ildi ki, Madriddədi. O, dünyanın ən yaxşı məşqçilərindən biridi. Bu klub məşqçisinin mentalitetini götürüb.
"Barselona" son 10 ildə Avropanın ən güclüsüdü. "Atletiko" isə son 3 ildə 2 dəfə onları mübarizədən kənarlaşdırıb. Bu, onların hansı səviyyədə olduğunun nümunəsidi".
Tərəflər arasında ilk oyun aprelin 27-də Madriddə, cavabı qarşılaşması isə mayın 3-də Münhendə keçiriləcək.