Mersedes pilotu Lyuis Hamiltonun bolidinə Çin qran prisindən əvvəl yeni mühərrik qoyacaqlar. Bu barədə Motorsport məlumat verib.
Təsnifatda Hamiltonun bolidində ERS problemi yaşanmışdı. Komanda bunun MGU-H generatorundakı nasazlıqla izah etmişdi. Yarışda isə Lyis yeni mühərrik alacaq.
Komanda köhnə mühərriki bazaya göndərəcək və orada nasazlığın səbəbi müəyyənləşdiriləcək.Məhz bundan sonra güc qurğusunda hansı komponentlərdən istifadənin daha məqsədəuyğun olduğuna qərar veriləcək.