“Milan”ın sahibi Silvio Berluskoni klub üçün yeni investorlar axtarışını davam etdirir.
Tailandlı iş adamı Bi Teçaubolla bir il çəkən danışıqlar nəticəsiz qalıb. Hazırda klub rəhbərliyi “İnter”in də səhmlərini almağa maraq göstərən çinli milyarder Vonq Cinlə sövdələşmənin mümkünlüyünü nəzərdən keçirir.
Çin tərəfi klubu 600-700 milyon avroya satmaq istəyən Berluskoni ilə məxfi razılaşma əldə etmək niyyətindədir.
“Forbes” 43 yaşlı çinlinin sərvətini 1,4 milyard dollar dəyərində qiymətləndirib.