Çexiyanın Teplitse şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa Kuboku yarışı davam edir.
Sportarena.az xəbər verir ki, Azərbaycan milli komandası yarışın ilk günündə aktivinə daha 6 medal yazdırıb.
Fərid Qəzənfərov (50 kq) və İbrahim Əliyev (60 kq) bütün görüşlərini qələbə illə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Elçin Hüseynov (60 kq) Avropa Kubokunun gümüş medalını qazanıb.
Rəşxan Baxşəliyev, Rəşad Yelkiyev (hər ikisi 50 kq) və Yaqub Cavadov (60 kq) mötəbər türnirin bürünc medallarına sahib olublar.
Beləliklə, ilk günün nəticəsinə görə Azərbaycan millisi 9 medal qazanaraq komanda hesabında liderliyini qoruyub.
Qeyd edək ki, 29 ölkədən 736 idmançının qatıldığı Avropa Kubokunda millimiz 26 cüdoçu (20 oğlan, 6 qız) ilə təmsil olunur.