İngiltərə Premyer Liqasında çempionluğa yaxın olan "Lester"in futbolçusu N`Qolo Kante "Arsenal"ın maraq dairəsinə düşüb.
Sportarena.az xəbər verir ki, London klubunun baş məşqçisi Arsen Venger fransız futbolçunu sərəncamında görmək istəyir.
"Arsenal" 25 yarımmüdafiəçinin transferini həll etmək üçün onun müqaviləsindəki xüsusi maddədən yararlanmaq niyyətindədi. Həmin maddəyə əsasən 25 milyon avro ödəniləcəyi halda "Lester" Kanteyə azad agent statusu verməlidi.