Taekvondo yığmamızın Türkiyədə çıxış edəcək heyəti müəyyənləşdi

15:58 18 Aprel 2016

Türkiyənin Konya şəhərində ənənvi "Rumi" uşaq idman oyunları  turniri keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, Konya şəhər Səlçuq Bələdiyyəsi Spor Salonunda baş tutacaq turnirdə, idmanın müxtəlif növləri üzrə  yarışıların keçirilməsi nəzərdə tutulub.  Sayca 6-cı olan yarışa, taekvondo idman növünün təmsilçiləri də qatılacaq.

 

21-22 aprel tarixlərində keçiriləcək yarışlarada Almaniya,Belarusiya,Ukrayna,Yunanıstan,Türkiyə,Konya komandası  iştirak edəcək.


Bu oyunlarda ölkəmizi  10 yeniyetmə idmançı təmsil edəcək. Yeniyetmələrdən ibarət yığma komandanın baş məşqçisi,əməkdar məşqçi  Səbuhi Zülfüqarov və böyük məşqçi, əməkdar məşqçi Sənan Həşimovunun yetirmələrindən 37 kq çəki dərəcəsində Raul Əsədli, Nurlan Şirinov (-45 kq), Cavad Ağayev (-53 kq), Elşad Məmmədov (-61 kq), Seymur Quliyev (+61 kq), Röyü Süleymanova (-33 kq), Mirvari Qəmbərli (-41 kq), Qönçə Hüseynli (-47 kq), İlahə Quluzadə (-55 kq) və Şəms İsayevaya (+55 kq) medallar uğrunda mübarizə aparacaq.


19 aprel tarixində qardaş ölkəyə yollanan komandamız 24 apreldə vətənə dönəcək.


Digər xəbərlər

Xəbər xətti