“Neftçi”nin U-17 komandası Bakcell U-17 liqasının qalibi olub.
Sportarena.az klubun rəsmi "facebook" səhifəsinə istinadən xəbər verir ki, komanda sona bir tur qalmış “Bakı” klubunu 5:2 hesabı ilə məğlub etməklə çempionluğu rəsmiləşdirib.
Qeyd edək ki, 17 yaşlı futbolçulardan ibarət komandanın 5 üzvü klubun əvəzedici heyətində də çıxış edir və onlar gələn ay Bakıda keçiriləcək Avropa çempionatında Azərbaycan yığmasının da şərəfini qoruyacaqlar.
Xatırladaq ki, “Neftçi”nin U-17 komandası sonuncu dəfə 2008/2009-ci illər mövsümündə ölkə çempionu olmuşdu.