Ceymi Vardi üçün mövsüm erkən başa çata bilər

21:50 18 Aprel 2016

İngiltərə Futbol Federasiyası Asossasiyası "Lester" klubunun futbolçusu Ceymi Vardiyə qarşı ittiham irəli sürüb.

 

Sportarena.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı hücumçu "Vest Hem"lə matçda etdiyi hərəkətə görə cəzalandırıla bilər.  Bundan əlavə "Lester" klubu da cəzalana bilər. Belə ki, matçın 83-cü dəqiqəsində "Lester" klubunun qapısına təyin olunan penalti zamanı "tülkülər"in futbolçuları baş hakimə qarşı bəzi hərəkətlər edib. 


Məlumata görə, Ceymi Vardi və "Lester" klubu, onlara qarşı irəli sürülən ittihamlara 21 aprelə qədər cavab verməlidir.


Digər xəbərlər

Xəbər xətti