Maraqlı olay: Azarkeş hakimi polisə verdi

22:10 18 Aprel 2016

Hollandiya “Eredivizye” Futbol Liqasında bir “PSV” azarkeşi dünən baş tutan “Ayaks”-“Utrext” matçını idarə edən baş hakim Danni Makkeli haqqında “səhv qərar verdiyi” səbəbilə polisə şikayət edib.

Hollandiya idman mətbuatına açıqlama verən Marsel Blak adlı azarşek “Utrext” qarşısında 2-1 hesabı ilə geridən olan “Ayaks”ın oyunun sonlarına doğru qazandığı penalti sayəsində hesaba tarazlıq gətirməsindən şübhələndiyini, epizodda penalti olmadığını əsas gətirərək oyunun danışılmış oyun olduğunu hesab edərək Hollandiya Futbol Federasiyası və Hakimlər İttifaqını nə qədər gülməli səslənsə də polisə verib.


Digər xəbərlər

Xəbər xətti