"Ayntraxt" klubu millimizin qolkiperi Emil Balayevlə yollarını ayıracaq.
Sportarena.az xəbər verir ki, cari mövsüm uğurlu çıxış edə bilməyən və turnir cədvəlinin 17-ci pilləsində qərarlaan klub mövsüm sonunda bir neçə futbolçu ilə yollarını ayıracaq. Həmin futbolçulardan biri də Emil Balayev olacaq.
Belə ki, komandanın 3-cü qapıçısı olan və heç bir rəsmi matçda forma geyə bilməyən qolkiperə yeni müqavilə təklif olunmayacaq.
Qeyd edək ki, E.Balayev 2014-cü ildə "Neftçi" klubundan "Ayntraxt"a transfer olunmuşdu.