AFFA-dan I divizion klublarına cəza

13:36 19 Aprel 2016

Bu gün AFFA İntizam Komitəsinin  növbəti iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, keçirilən iclasda, I divizionun XXII turunun oyunlarında baş vermiş qayda pozuntuları ilə əlaqədar müvafiq cəzalər tətbiq olunub.

 


I Divizionun XXII turunun “Şərurspor” – MOİK matçının 65-ci dəqiqəsində “Şərurspor” klubunun 15 №-li futbolçusu   Əbülfəz Hacıyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

 

I Divizionun XXII turunun “Energetik” – “Şahdağ” matçında “Energetik” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

 

I Divizionun XXII turunun “Göyəzən” – “Ağsu” matçında “Göyəzən” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

 

I Divizionun XXII turunun “Qaradağ Lökbatan” – “Turan Tovuz” matçında “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.


Oyunun 90+1-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 16 №-li futbolçusu İmran Təhmirazlı ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.


Digər xəbərlər

Xəbər xətti