Futzal üzrə Azərbaycan millisi baş məşqçisi Faustino Perez vəzifəsindən ayrılıb.
Sportarena.az xəbər verir ki, futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Perez Moreno Gomez Faustino ölkəmizdə çalışmaqdan məmnun olduğunu bildirməklə, ailə vəziyyəti ilə əlaqədar AFFA rəhbərliyindən müqavilənin qarşılıqlı razılıq əsasında yenilənməməsini xahiş edib.
AFFA rəhbərliyi isə öz növbəsində Perez Moreno Gomez Faustino gördüyü işlərə və yığmamıza qazandırdığı uğurlara görə təşəkkür edib, gələcək fəaliyyətində ona uğurlar arzulayıb.